Deputat şəhid və qazi ailələrini ziyarət etdi-Fotolar

“Şəhidlərimiz bizim hər birimizin baş tacıdır, Şəhid məzarları, Şəhidlər xiyabanları bizim müqəddəs and yerimizdir. Hamısına minnətdarıq, hamısına bir ömür boyu borcluyuq”.XALQ.AZ xəbər verir ki, bunu 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən olan millət vəkili, professor Jalə Əliyeva deyib.

Qeyd edək ki, hər zaman seçicisinin yanında olan, onların qayğılarını, problemlərini dinləyən, dilə gətirilən məsələləri parlament tribunasından, digər kürsülərdən səsləndirən, bir çox hallarda onların həllinə nail olan millət vəkili Şəhid və Qaziləri, onların ailələrini də heç zaman unutmayıb, diqqətdən kənarda saxlamayıb.

Zərdaba və Ucara, 92 Seçki Dairəsinə aid olan bölgələrə səfərləri zamanı hər zaman Şəhid və Qazi ailələri ilə görüşüb, onları düşündürən məsələlərlə maraqlanıb, dəstək olub.

Zərdaba növbəti səfəri zamanı millət vəkili yenə də Şəhid ailələrinə-44 günlük tarixi İkinci Vətən Müharibəsində Dastan yazmış, Şəhidlik məqamına ucalmış Zərdablı Şəhidlərin ailələlərinə baş çəkib, Vətən qəhrəmanlarının məzarlarını ziyarət edib.

Millət vəkili saytımıza açıqlamasında isə qısaca olaraq bunları deyib: “Zərdabda şəhid Məmmədzadə Anar Nazim oğlunun, Körpükənd kəndində şəhid Muradov Turan Vaqif oğlunun, şəhid Ağayev İlkin Tehran oğlunun, Hüseynxanlı kəndində şəhid Abbasov Ağaqardaş İlham oğlunun məzarları qarşısında ruhlarına dualar oxuduq, doğulub böyüdükləri evlərində valideynlərini, əzizlərini ziyarət etdik. Gözü yaşlı, amma qürurlu ata-analarına, ömür-gün yoldaşlarına Allahdan səbr dilədik. Nə desək, nə etsək, borclarından çıxa bilmərik. Onlar ölmədilər! Onlar hər zaman bizimlədirlər”.

Həmçinin deputat Ucarın Lək kəndindən şəhid Cəbrayılov Xəyal Rafiq oğlunun, Zərdabın Məlikumudlu kəndindən şəhid Cəbrayıllı İbrahim Raqub oğlunun, Alıcanlı kəndindən şəhid Vəlizadə Faiq Bayraməli oğlunun ailələrinə, valideynlərinə baş sağlığı vermək üçün onları ziyarət etdik, məzarları başında dualar oxuduq, ruhları önündə baş əydik.

Əslən Gəlmə kəndindən olan, Bakıda Fəxri Xiyabanda uyuyan şəhid mayor Hüseynov Rəhim Qədir oğlunun evində valideynləri ilə görüşdük. Hər üçünün şücaətlə dolu qısa ömür yolu ilə bir daha tanış olduq, gah fəxr etdik, qürur duyduq, gah da üzüldük, göz yaşlarımıza hakim ola bilmədik… Allahdan hər birinə rəhmət, ailələrinə səbr dilədik. Nurlar içində yatsınlar. Vətən sağ olsun! Eyni zamanda Məlikumudlu kəndindən 1-ci Qarabağ savaşında şəhid olmuş Zabit Zərbəliyevin atası, bu gün haqqın dərgahına qovuşan Kamil babanın da məzarını ziyarət etdik, ailəsinə baş sağlığı dilədik














На изображении может находиться: один или несколько человек, люди сидят и в помещении
На изображении может находиться: один или несколько человек, люди стоят, цветок, растение, дерево и на улице
На изображении может находиться: 1 человек, сидит, стол, шляпа, борода и в помещении
На изображении может находиться: 3 человека, люди сидят, стол и в помещении
На изображении может находиться: 2 человека, люди стоят и в помещении

На изображении может находиться: 1 человек, стоит и на улице
На изображении может находиться: 2 человека, люди стоят, дерево и на улице
На изображении может находиться: один или несколько человек, люди стоят и на улице
На изображении может находиться: 2 человека, люди стоят и в помещении
На изображении может находиться: один или несколько человек, люди сидят, стол и в помещении

XALQ.AZ