Deputat şəhid və qazi ailələrinin problemlərini həll etdi

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov 6-9 yanvar tarixlərində Astarada seçicilərini qəbul edərək onların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxmış, onları narahat edən problemləri dinləyərək ətraflı müzakirələr aparılmışdır. XALQ.AZ xəbər verir ki, həmin problemlərin bir qismi yerindəcə öz həllini tapmış, digərləri isə nəzarətə götürülərək aidiyyatı üzrə dövlət qurumlarına yönləndirilmişdir.

Seçicilərlə görüş bitdikdən sonra Millət Vəkili Rəşad Mahmudov rayonda aztəminatlı ailələrə, şəhid ailələrinə, qazilərimizə baş çəkmiş və lazımi köməkliklər göstərmişdir.Qazilərin səhəti və eləcə də müalicələrinin gedişatı ilə maraqlanaraq lazimi dəstəyini göstərmişdir.

XALQ.AZ