Deputat şəhid və qazi ailələrinin qayğıları ilə maraqlandı

Milli Məclisin deputatı Məzahir Əfəndiyev ərazi üzrə Birinci və İkinci Qarabağ Müharibəsi şəhid ailələrini, aztəminatlı ailələri Ramazan bayramı münasibəti ilə təbrik edərək onlara bayram sovqatı göndərib.

XALQ.AZ xəbər verir ki, Şəhid aiələrinə başsağlığı bildirilərək şəhidlərimizin ruhu dərin hüznlə yad edilib. İkinci Qarabağ-Vətən müharibəsində Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Qələbə nəticəsində şəhidlərimizin qanının yerdə qalmadığını vurğulanıb.
Eyni zamanda aztəminatlı ailələr də diqqətdən kənarda qalmamışdır, ziyarət edilərək onlarla söhbət aparılmış, seçiciləri narahat edən məsələlər öyrənilmiş və problemlərin müsbət həlli istiqamətində aidiyyatı qurumlara sorğular göndərilmişdir.