Deputat Şahin Seyidzadə “Zəfər paradı” barədə yazdı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin Seyidzadə ölkəmizin Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması uğrunda başlanılan “Dəmir yumruq” əməliyyatının qələbə ilə yekunlaşmasına həsr olunmuş hərbi parad barədə sosial şəbəkə profilindən paylaşım edib. Paylaşımı sizə təqdim edirik:

“Bu gün ZƏFƏR YÜRÜYÜŞÜ günüdür!

Bu gün AZƏRBAYCANIMIZIN İFTİXAR günüdür!

Bu gün:

1. Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olunan bir gündür,

2. Azərbaycan ilə yaşayan, nəfəs alan, azərbaycanlı olmaqdan qürur duyan, dinindən, millətindən asılı olmayaraq Azərbaycan vətəndaşı olan talış, ləzgi, yahudi, rus, tat, avar, ingiloy və hər kəsin “Zəfər paradı” günüdür,

3. Azərbaycanın müstəqilliyini ilk gündən tanıyan, ərazi bütövlüyümüzü dəstəkləyən, qardaş, dost və tərəfdaş olan ölkələrin həmrəyliyi ilə qazanılan zəfərin paradının günüdür,

4. Hərbiçilərimizin fədakarlığı ilə qazanılan “Zəfər paradı”nın günüdür,

5. Xalqımız üçün, qaçqın və məcburi köçkünlərimiz üçün 30 illik bir dərdin 44 günlük hərbi əməliyyatla bitməsinə qoyulan “nida”nın günüdür,

6. Güclü dövlət, həmrəy xalq və müzəffər ordunun “Zəfər paradı” günüdür,

7. Ulu öndərin dediyi kimi, “Bir millət, iki dövlət”in “Zəfər paradı” günüdür,

8. Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini əldə edən dövlətlər arasında ilk “Zəfər paradı” olan dövlətin günüdür,

9. Ermənistanın məğlubiyyətinin “parad” günüdür,

10. Dirçəlişin və müstəqilliyin rəmzi Azadlıq meydanında növbəti imza olan “Zəfər paradı”nın günüdür,

və nəhayət “Dəmir yumruq” əməliyyatının “Zəfər paradı” günüdür!”