Deputat seçicilərə görə nazirlərə müraciət etdi

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bir sıra dövlət qurumlarına müraciət ünvanlayıb.

XALQ.AZ-ın məlumatına görə, millət vəkili müraciətində bunları qeyd edib:

“Seçicilərimin müraciətləri əsasında onları üzləşdiyi çətinliklər, qarşlışadıqları problemlər və bir çox məsələlərlə bağlı Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Müdafiə, Təhsil, Ədliyyə nazirlikləri, Məhkəmə-Hüquq Şurası, Baş Prokurorluq və Biləsuvar rayon İcra Hakimiyyətinə məktublar ünvanladım. İnanıram ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılacaq və tez bir zamanda həmin məsələlər müsbət istiqamətdə həllini tapacaq”.