Deputat seçicilərinə müraciət etdi – Lerikin inkişafı naminə bir olmağa çağırıram

Bildiyimiz kimi son zamanlarda dırnağarası media nümayəndələri və ona dəstək verən bəzi vətəndaşlar deputat İqbal Məmmədov haqqında qərəzli məlumatlarla çıxış edirlər.

XALQ.AZ xəbər verir ki, deputat İqbal Məmmədov seçicilərinə müraciət edib.

Müraciətdə deyilir:

Əziz Leriklilər, hörmətli seçicilərim!

Rayonumuzun millət vəkili olaraq rayonumuzla bağlı problemlərin həllinin sorumlularının əsaslarından biri olaraq bu işin nə qədər məsuliyyətli və şərəfli olduğunu bilərək və bunlarla bağlı hər bir tənqidə dözümlü olub həllindən ötrü fəaliyyət borcum olaraq çalışıram. Amma heç bir vətəndaşa icazə verilməyib ki, problemlərlə əlaqədar şəxsiyyət təhqir olunsun!

Çox təəssüf edirəm ki, dırnağarası, özünü “Leriksevər” adlandırıb, problemləri əsas tutub bir şey qoparmaq həvəsi ilə reketlik edərək Leriklilər adından danışmaq istəyən, Lerikə heç bir aidiyyatı olmayan pis niyyətli insanlara qarşı siyasi baxışından asılı olmayaraq bütün Lerik sevərləri Lerikimizin inkişafı naminə bir olmağa çağırıram və bədbin niyyətli şəxslərin lazımi cavabını vaxtında verməyi sizlərdən xahiş edirəm.