Deputat seçicilərinə müraciət etdi

Milli Məclisin deputatı Şahin Seyidzadə təmsil etdiyi  50 saylı Abşeron-Qobustan seçki dairəsindən olan seçicilərə müraciət edib.

XALQ.AZ xəbər verir ki, Qobustan rayonu Cəyirli, Çalov, Nabur və Xilmili, Sündü Təklə, Mirzəbaba, Ərəbşalbaş kəndi, Abşeron rayonu Aşağı Güzdək, Ceyranbatan, Güzdək, Hökməli, Qobu, Perekeşkül, Saray, Novxanı qəsəbələri, Qobustan rayonundan olan seçicilərlə deputatın görüşü 25 yanvar tarixində Cəyirli kənd orta məktəbində, 26 yanvar tarixində Təklə kənd orta məktəbi və Abşeron rayonu Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda iştirak etmək üçün 0506002550 telefon nömrəsinə zəng ilə (yaxud “Whatsapp”, “Telegram”) əlaqə saxlayaraq öncədən qeydiyyata düşə bilərsiniz.