Deputat seçicilərinə verdiyi vədləri əməl edir-Fotolar

Milli Məclisin deputatı Elnur Allahverdiyev facebook səhifəsində Bakının məşhur “Sovetski”  məhəlləsində aparılan abadlıq işləri barədə seçicilərinə məlumat verib.


XALQ.AZ millət vəkilinin hesabat xarakterli müraciətini təqdim edir: 

Seçicilərimizin müraciəti əsasında yaxın bir neçə gün ərzində dairəmizdə 8 həyətdə asfalt örtüyü yenilənəcək.

Dünən M.Muxtarov 94 ünvanında həyata keçirilən işlər barədə məlumat vermişdik. Növbəti ünvanımız isə M.Muxtarov 119 olub. Dünən bu həyətin də asfalt örtüyü yenisi ilə əvəzlənib. Hər zaman olduğu kimi çağırışımıza dəstək verən Yasamal Rayon İcra Hakimiyyətinə təşəkkür edirik!

Gücümüz birlikdədir!