Deputat seçicilərin evlərinə getdi-Görüş-Fotolar

Milli Məclisin deputatı Vüqar İskəndərov növbəti dəfə seçicilərlə görüşdü.

Millət vəkili Şəkinin M.Ə.Rəsulzadə prospekti bina 313 ünvanından yaşayan sakinləri ilə səyyar görüş keçirib.

Görüş zamanı bina sakinləri qarşılaşdıqları problemlərlə bağlı deputatı məlumatlandırıblar.

Bildirilib ki, yaşayış binası qəzalı və köhnə olduğundan burada qaz xətti çəkilməyib.

Nəticədə sakinlər odun yanacağından istifadə etmək məcburiyyətində qalırlar. Bina həmçinin hazırda çəkilən yeni su-kanalizasiya xətlərindən də kənarda qalıb. Binadakı mövcud vəziyyətlə tanış olan deputat sakinlərə bildirib ki, məsələ ilə bağlı aidiyyatı orqanlar qarşısında məsələ qaldıracaq. Binanın təmir-bərpası, yaxud da sakinlərin digər yaşayış məntəqələrinə köçürülməsi üçün səlahiyyəti çərçivəsində lazımi yerlərə müraciət ediləcək. Daha sonra deputat bina sakinlərinə bayram sövqatı paylayıb.

XALQ.AZ