Deputat seçicilərin problemləri ilə bağlı “Azərsu” ASC-nə muraciət etdi

Seçicilərimizi ən çox narahat edən məsələlərdən biri qəsəbələrimizdə içməli su problemidir.

Bunu Milli Məclisin deputatı Soltan Məmmədov facebook səhifəsində yazıb.

Millət vəkili bildirib ki, bu mövzu həmişə diqqətimizdə olub, bu gün diqqətimizdədir. Ötən il bəzi qəsəbələrdə içməli su xəttinin çəkilməsi ilə bağlı müvafiq qurumlara, konkret ifadə etsək “Azərsu” ASC-yə rəsmi müraciətim oldu, rəhbərliyi ilə telefon danışığım baş tutdu. Təqdirəlayiqdir ki, bu problemin kiçik bir qismi də olsa həll edildi. Bu günlərdə Binə, Şüvəlan, Zirə və Türkan qəsəbələrində içməli su və kanalizasiya sistemlərinin qurulması ilə bağlı məktub göndərildi. Əlbəttə ki, bu problemin qısa müddətdə həllinə nail olmaq çətindir. Lakin əminəm ki, nə mümkündürsə ediləcək. Bizim əsas vəzifəmiz cənab Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, vətəndaşlarımıza xidmət etmək, onların probleminin həllinə maksimum çalışmaqdır.