Deputat seçicilərin problemlərini həll etdi

Milli Məclisin deputatı Müşfiq Cəfərov seçicilərlə növbəti görüşünü keçirib.

XALQ.AZxəbər verir ki, görüşdə iştirak edən vətəndaşların sosial, təhsil, bank məsələləri kimi problemləri dinlənilib.

Tədbirdə həmçinin qazi və şəhid ailələri də olub, onları narahat edən məsələlərlə bağlı müvafiq sənədlərin hazırlanıb qurumlara təqdim olunması qətiləşib.

Bundan başqa Müşfiq Cəfərovun görüşündə Əfqanıstan müharibəsinin veteranlar cəmiyyətinin Gəncə şəhər üzvləri iştirak edib, veteranlar bir sıra məsələlərlə bağlı – Əfqanıstan müharibəsi iştirakçılarının parkının salınması, maliyyə problemləri və Əfqanıstan müharibəsi şəhidlərinin adına bulağın yaradılmasını təklif ediblər.

Cəmiyyətin texniki problemləri ilə bağlı çətinliklərin həlli istiqamətində müəyyən tədbirlər görülməsi qərarlaşdırılıb.

XALQ.AZ