Deputat seçicilərlə görüş keçirdi -Fotolar

Milli Məclisin deputat Sevinc Fətəliyeva Suraxanı sakinləri  ilə növbəti videoqəbul keçirib.

XALQ.AZ xəbər verir ki bu barədə millət vəkili öz facebook səhifəsində paylaşım edib. Deputat qeyd edib ki, seçicilərimizi narahat edən problemləri dinlədik, təkliflər irəli sürüldü. Müraciətlərin əksəriyyəti sosial və digər xarakterli problemlərdən ibarət idi. Məsələlərin operativ həlli istiqamətində aidiyyatı təşkilatlarla əlaqə yaradıldı və nəzarətə götürüldü.

Qeyd edək ki, Milli Məclisin deputatı Sevinc Fətəliyeva hər həftə onlarla sakinin birbaşa, telefon və sosial şəbəkələr üzərindən müraciətləri dinlənilir. Daxil olan müraciətlərin əksəriyyəti dərhal öz həllini tapır digərləri lazımi qurumlara yönləndirilir.