Deputat seçicilərin problemlərini həll etdi-Fotolar

Milli Məclisin deputat Vüqar İskəndərov qəbul keçirdi.

XALQ.AZ xəbər verir ki, Şəki Heydər Əliyev Mərkəzində təşkil edilən görüş karantin qaydalarına uyğun təşkil edilib.

Millət vəkilinə müraciətlərin əsas hissəsi işlə təminat, məşğulluq, əlilliyin müəyyən olunmasında yaranan çətinliklər olub.

Qaldırılan əksər məsələlər yerindəcə həllini tapıb.

Qanunvericiliyə uyğun olan bəzi müraciətlər isə həll olunması üçün aidiyyat orqanlara yönləndirilib.