Deputat seçicilərin problemlərini həll etmək üçün evlərinə getdi-Fotolar

Milli Məclisin deputatı Nigar Arpadarai seçicilərdlə görüşdü. XALQ.AZ xəbər verir ki, deputat Bibiheybətdə sakinlərlə görüşərək onların problemləri ilə maraqlanıb, əsas müraciətlər infrastruktur və məşğulluq məsələləri ilə bağlı olub. Deputat görüş zamanı qeyd edib ki, bələdiyyələrin gücləndirilməsi bir çox problemin həllinə kömək etmiş olar. Biz isə bacardığımız qədər gələn müraciətləri araşdırıb həll etməyə çalışırıq, Sakinlərlə ərazidə görüşməyə isə xüsusi önəm veririk.

XALQ.AZ