Deputat seçicilərin sosial problemlərindən danışdı

Gəncənin məşğulluq probleminin həlli istiqamətində əməli addımlar atılmasa, Nizami yurdu ölkəmizin həyatındakı vacib rolunu itirmə təhlükəsi qarşısında qalacaq.

XALQ.AZ xəbər verir ki, bunu deputat Müşfiq Cəfərov parlamentdə çıxışı zamanı deyib.

Millət vəkilinin sözlərinə görə, bu gün Gəncədə 3 universitet, 3 kollec, 3 peşə liseyi, 45 məktəb fəaliyyət göstərir.

“Gəncə Azərbaycanın ikinci şəhəri və elm, sənaye mərkəzi olmasına baxmayaraq, bu gün ciddi sosial- iqtisadi cəhətdən durğunluq hökm sürür. Əgər problemlərim həlli istiqamətdə addımlar atılmasa, Gəncə ciddi sosial problemlə üzləşəcək. Ona görə də böyük bir şəhərdə iqtisadi-sosial durğunluğun aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Bunun ümün böyük potensial var və bundan istifadə etmək lazımdır”, – deputat qeyd edib.