Deputat seçicilərinin problemlərini həll etdi-Fotolar

Milli Məclisinin Səhiyyə Komitəsinin sədr müavini, Astara 77 saylı seçki dairəsinin deputatıRəşad Mahmudov seçicilərini qəbul edib.

XALQ.AZ xəbər verir ki, seçicilərin qəbulu Yeni Azərbaycan Partiyasının Astara rayon ilk Partiya Təşkilatının İnzibati binasında keçirilib. Qəbul zamanı seçicilər məşğulluq və işsizlik, əlilliyin təyini, sosial müavinət, səhətlərindəki problemin müalicəsi və bu kimi digər məsələlər ilə bağlı müraciətlər səsləndiriblər. Deputat Rəşad Mahmudov hər bir seçicisinin müraciətini diqqətlə dinləyib və sonra aidatı qurumlarla müzakirələr aparmışdır. Həmin müraciətlərin bir qismi yerindəcə həllini tapmış, digər qisminin isə müəyyən zaman çərçivəsində həllini tapması üçün lazımi qurumlara yönləndirilərək nəzarətə götürülmüşdür.

XALQ.AZ