Deputat seçicilərlə görüş keçirdi,xəstəxanada uşaqları ziyarət etdi-Fotolar

Milli Məclisin deputat Tamam Cəfərova seçicilərlə növbəti onlayn görüş keçirdi.

XALQ.AZ xəbər verir ki, millət vəkili seçicilərlə növbəti onlayn formada və telefon vasitəsilə görüş keçirib.Seçicilərin qaldırdığı əsas məsələlər məşğulluq, zəlzələdən zərər çəkmiş evlərin bərpası, xəstə uşaqların müalicəsi ilə bağlı olmuşdur. Vətəndaşların müraciətləri qeydə alınmış, bəzi məsələlər yerindəcə həll edilmiş, digərləri ilə əlaqədar aidiyyatı qurumlar qarşısında tezliklə məsələ qaldırılacağı bildirilmişdir.Həmçinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində kəskin leykoz diaqnozu ilə müalicə alan 5 yaşlı Kərimli Seyfəddin və Əhmədova Fatimə balamızı ziyarət edib. Onların müalicə prosesləri ilə maraqlanıb.

XALQ.AZ