Deputat seçicilərlə görüşdü

Milli Məclisin deputatı Məşhur Məmmədov Masallı rayon Qərargahında 15 seçici ilə görüş keçirdi.

XALQ.AZ xəbər verir ki, görüşdə İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyevdə iştirak edirdi. Görüşə gələn seçicilər arasında 2 şəhid atası da vardı. Seçiciləri maraqlandıran məsələlər dinlənildi, problemlər üzrə müvafiq tapşırıqlar verildi.

Bəzi müraciətlər yerindəcə həll olundu.