Deputat seçicilərlə görüşdü

Milli Məclisin deputatı Əliabbas Salahzadə Balaxanı qəsəbəsində sakinlərimizlə növbəti səyyar görüşü olub.

 Millət vəkili XALQ.AZ bildirib ki,görüşdə sakinlərimiz Bakı şəhərinin qədim,tarixi qəsəbələrindən biri olan Balaxanı qəsəbəsində aparılan yenidənqurma və təmir işlərinin yüksək səviyyədə həyata keçirildiyini bildirdilər, qəsəbəyə göstərilən qayğı və diqqətə görə ölkə başçımız cənab İlham Əliyevə və rayonda fəaliyyət göstərən müvafiq qurumlara daim minnətdar olduqlarını diqqətə çatdırdılar.

Həmçinin sakinlərimizin müraciətləri dinlənilərək,qanunamüvafiq qaydada həll olunması üçün qeydiyyata götürüldü.