Deputat seçicilərlə növbəti görüş keçirdi

Milli Məclisin deputatı Elnur Allahverdiyev Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının qərargahında seçicilərlə növbəti görüş keçirdi.

Millət vəkili bildirib ki,müraciətləri dinlədik, problemlərlə maraqlandıq. Məşğulluq müraciətlərin belə demək mümkündürsə, əsas mövzusu oldu. Təbii ki, işsizliyi doğuran müxtəlif obyektiv səbəblər var. Ancaq fikrimcə, ixtisası dəyişmə, yaxud təkmilləşmə məşğulluq probleminin bir qisminin həlli ola bilər.Qəbul zamanı Vətən müharibəsi iştirakçıları ilə daha bir görüşümüz baş tutdu. 6 nəfər könüllümüzlə yaxından tanış olmaq imkanı qazandım. Sabah Yasamal Rayon İcra Hakimiyyətində onlardan ikisi medallarla təltif olunacaqlar

Muraciətlər qeydə alınaraq lazımi orqanlara unvanlanacaq. Bəzi məsələlər yerindəcə həıı olunub.