Deputat seçicilərlə növbəti görüş keçirdi

Milli Məclisinin deputatı Tamam Cəfərova təmsil etdiyi Şamaxı rayonundan seçicilərlə növbəti dəfə onlayn formatlı qəbul keçirmişdir.

XALQ.AZ xəbər verir ki, deputat Şamaxı rayonunun Şəhriyar qəsəbəsi, Meysəri, Dəmirçi, Həmyəli, Əngəxaran, Böyük Xınıslı kəndləri və rayonun özündən olan 18 seçici ilə məşğulluq,əlilliyin müəyyən olunması , sosial təminat, zəlzələdən zərər çəkmiş evlərin bərpası, təhsil haqqının ödənməsində yaranan çətinliklər, yol çəkilməsi və s. sahələr üzrə müraciətlər dinlənilmiş, növbəti addımların atılması istiqamətində müzakirələr aparılmışdır. Vətəndaşların müraciətləri qeydə alınmış, bəzi məsələlər yerindəcə həll edilmiş digərləri ilə əlaqədar aidiyyatı qurumlar qarşısında tezliklə məsələ qaldırılacağı bildirilmişdir.