Deputat: “Soyqırım həqiqətləri,real faktlar, dəlillər dünya ictimayyətinə nəzərinə çatdırılmalıdır”

918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı quberniyasının müxtəlif bölgələrində, Qubada, Xaçmazda, Şamaxıda, Lənkəranda, Salyanda, Hacıqabulda, Zəngəzurda, Qarabağda, Naxçıvanda və digər ərazilərdə daşnak-erməni millətçiləri və bolşeviklər tərəfindən mülki azərbaycanlılara qarşı qətliamlar törədilmişdir.
70 illik Sovetlər dönəmində Azərbaycan xalqına qarşı törədilmiş bir çox cinayətlər kimi, mart qırğınlarının unudulması, xalqdan gizlədilməsi üçün məqsədyönlü siyasət aparılmışdır.
Ulu Öndər Heydər Əliyevin, ikinci dəfə hakimiyyətə gəldikdən sonra, 26.03. 1998-ci il tarixli fərmanı ilə, Mart soyqırımı siyasi-hüquqi qiymətini almışdır.
1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Xalqımıza qarşı yeridilmiş soyqırımı siyasəti barədə əsl həqiqətlər Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində dünya ictimai fikrinə çatdırılır.
Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.
İndi, Mart qurbanları ilə yanaşı, cəmi şəhidlərimizin ruhu şaddır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, Müzəffər Azərbaycan Əsgəri onların intiqamını artıqlaması ilə düşməndən almışdır. Biz isə, xalq olaraq, heç zaman unutmadıq, unutmayacağıq.
Allah rəhmət eləsin!
Milli Məclisin deputatı 
Nəsib Məhəməliyev