Deputat: “Sülh müqaviləsinin imzalanması vasitəçilərsiz daha tez baş verəcək” 

Rəsmi İrəvanın dəyişən mövqeyi müsbət dinamikaya ümid yaradır, amma revanşistlər pozuculuq meyllərindən əl çəkmir.

Millət vəkili Arzu Nağıyev açıqlamasında bildirib ki“Ermənistan tərəfi dəfələrlə qeyd edib ki, sülh sazişinin imzalanmasına çatmaq üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.

 

İki ölkənin xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündən sonra irəliləyişin olacağına da ümidlə baxılır. Məlumdur ki, tam sülhə nail olmaq və onu qanuni şəkildə tənzimləmək üçün Qarabağın separatçı qurumlarının nümayəndəliyi ləğv olunmalı, konstitusiyada müvafiq dəyişikliklər edilməlidir. Bu istiqamətdə də bir sıra işlər görülür. Belə ki, Paşinyan hakimiyyəti elan edib ki, köçkünlərə dəstək üç istiqamətdə həyata keçiriləcək: mənzil tikintisi, ev və ya mənzillərin alınması və köçkünlərə ödənilməmiş ipoteka kreditləri üçün dəstəyin göstərilməsi. Bundan başqa, son təxribatlara qoşulmamaq onlara tövsiyə edilib, əks halda, bu təzminatlar dayandırıla bilər. Təbii ki, konstitusiya ilə bağlı da vaxt gələndə dəyişikliklər edilməlidir, əks halda, sülhün bərqərar olması çətin olacaq”.

 Milli məclisin deputatı Arzu Nağıyevin qeyd edib ki, sülh müqaviləsinin imzalanması vasitəçilərsiz daha tez baş verəcək 

 

“Buna baxmayaraq, artıq aydın olur ki, ciddi proseslər gedir və bunlar da aşağıdakı kimi görünür: Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası; 40-a yaxın sərhəd dirəklərinin basdırılması və əsassız etirazların hökumət tərəfindən yatırılması. Təbii ki, gözlənilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşü, artıq Ermənistan-Azərbaycan danışıqlarında ABŞ-ın dolayı şəkildə iştirakı və Blinken prosesdə öz zəngləri ilə şəxsən iştirak etməsi. Bir sözlə, sülh müqaviləsinin imzalanmasına ümidlər artıb və sülh müqaviləsinin imzalanmasının COP29 ərəfəsində baş tutması mümkündür…”