Deputat Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib

Sumqayıt şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə şəhər ictimayyəti ilə yanaşı Milli Məclisin deputatı Emin Hacıyev də iştirak edib. Anım mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikası Milli Məclisin deputatı Emin Hacıyev ​​​​​​ Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların- Şəhidlərin məzarı önünə tər gül dəstələri düzüb. Deputat Emin Hacıyev şəhid ailələrinə baş sağlığı verərək, onların əziz xatirəsini ehtiramla yad etdi.