Deputat Şuşadan yazdı

Milli Məclisin deputatı, yazıçı-publisist İmamverdi İsmayılovun “Şuşanın günəşi” sərlövhəli bədii-publisistik məqaləsi Türkiyənin bir sıra kütləvi informasiya vasitələrində dərc edilib.

XALQ.AZ-ın məlumatına görə, məqalədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı qələbə, 44 günlük şanlı Vətən müharibəsində təxminən otuz illik zaman kəsiyində işğalda saxlanılan torpaqlarımızın, o cümlədən hər birimiz üçün müqəddəs məkan sayılan Şuşanın azadlığa qovuşmasının müəllifdə yaratdığı hiss və həyəcan tərənnüm edilir.

Müəllif uzun illərin ayrılığından sonra Şuşaya etdiyi səfərin təəssüratlarını qələmə almaqla mədəniyyətimizin beşiyi sayılan Şuşanın gözəlliyini və tarixi qalamızın Azərbaycan üçün hansı məna daşıdığını oxuculara çatdırır.

Məqalə ilə Türkiyənin http://azerhaber.comhttps://www.gazetekars.comigdir15temmuzgazetesi.comyesiligdir.com saytlarında tanış olmaq olar.