Deputat Biləsuvar təhsil işçiləri ilə onlayn görüş keçirdi

Biləsuvar rayonu 9-cu siniflərin buraxılış imtahanlarının nəticəsinə əsasən, ölkə üzrə 77 yerlik reytinq cədvəlində 8 pillə irəliləyərək 65-ci pillədən 57-ci yerə yüksəlmişdir.

Buraxılış imtahanlarının məktəbin əsas akademik göstəricisi olduğunu nəzərə alaraq, rayon adına əldə edilən bu nailiyyət münasibəti ilə Biləsuvar Rayon Təhsil Şöbəsi və ümumtəhsil məktəblərinin rəhbərləri ilə videononfrans formatında görüşərək onları həm təbrik etdim, həm də təşəkkürlərimi çatdırıb, uğurlarının davamlı olmasını arzuladım.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov facebook səhifəsində yazıb.

Deputat bildirib ki,əlbəttə, 57-ci yer bizi qane edə bilməz, lakin, 3 il ərzində 8 pillə irəliləmək real iş və gərgin zəhmətdən xəbər verir. Əminəm ki, Biləsuvarın təhsil ictimaiyyəti daha böyük hədəflərə köklənib. Xüsusən, Rayon Təhsil Şöbəsi tərəfindən ümumtəhsil məktəb şagirdlərinin təlim nailiyyətlərinə nəzarəti daha da gücləndirilməsi ümumtəhsil üzrə keyfiyyət göstəricilərində çox daha böyük nailiyyətlər vəd edir və bu şərəfli missiyada onlara uğurlar arzu edirəm.