Deputat: “Təklif edirəm ki, mikro sahibkarlar üçün güzəştin verilməsi bərpa edilsin”

Vergi Məcəlləsində mikro sahibkarlar üçün nəzərdə tutulmuş 5 %-lik gəlir vergisinin 20 %-ə qaldırılması cəmiyyətdə narazılıq yaradıb.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib.

“Təklif edirəm ki, monitorinq aparılsın və həmin dəyişikliyə yenidən baxılsın, mikro sahibkarlar üçün güzəştin verilməsi bərpa edilsin. Çünki məhz mikro və kiçik sahibkarlığın dairəsinin genişləndirilməsi, Azərbaycanda onun özünə layiq səviyyədə yer tutması ümumi iqtisadi keyfiyyətin artırılmasında mühüm rol oynayacaq”, -deyə deputat vurğulayıb.