Deputat təklif etdi- “Azərbaycanda hüquq ədəbiyyatının inkişaf etdirilməsinə ciddi ehtiyac var”

Bugün Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.XALQ.AZ-a məlumat verən Milli Məclisin deputatı Nurlan Həsənov iclasda bır sıra təkliflər çıxış edib.Deputat bildirib ki, Azərbaycanda hüquq ədəbiyyatının inkişaf etdirilməsinə ciddi ehtiyac var. İstər Cinayət Məcəlləsi, Mülki Məcəllə, eyni zamanda hüququn digər sahələrində qanunvericilik normalarının şərh edilməsinə, hüquq komentariyalarının yaradılmasına ehtiyac var,və yüksək bilik və peşəkarlığa sahib olan hakimlər birlikdə (hərkəs öz ixtisası üzrə) yeni hüquq komentariyaların yaradılmasında aktiv rol oynaya və bununla eyni zamanda öz bilik və təcrübələrini gənc nəsillərə çatdıra bilərlər!

Əgər gələcəkdə ölkəmizdə savadlı, bacarıqlı, sadəcə qanunu əzbərləməklə kifayətlənməyən, eyni zamanda təhlil-analiz qabiliyyətli, yaradıcı və yeniliklərə açıq hüquqşünasların yetişməsini arzulayırıqsa bu barədə indidən düşünməliyik. Hələ də gec deyil.

Uzun müddət xaricdə təhsil almış biri kimi, öz təcrübəmə istinadən deyə bilərəm ki, Avropa ölkələrinin əksəriyyətində hüquq ədəbiyyatı çox zəngindir və illərdir toplanan bilik və təcrübəyə söykənərək daim yenilənib inkişaf edir. Təəssüf ki, bu sahədə Avropa ölkələrindən çox geridəyik!