Deputat təkliflə çıxış etdi

“İslam dini dəyərlərinin düzgün mənimsənilməsi insanların əxlaqlı, düzgün həyat yaşamsına yol açır. İslam dini çox mütərəqqi və dünyəvi dindir. İslam dinində insanlar ancaq düz yola çağırılır”.

Bu sözləri  açıqlamasında millət vəkili Azər Badamov deyib.

 

Deputat bildirib ki, son vaxtlar insanlar islam dinini daha dərindən öyrənməyə başlayırlar. Həm də islamın qoyduğu yola əməl etməyə çalışanlar da çoxalmışdır: “Bununla yanaşı təəssüf ki, radikal dini cərəyanlar da fəaliyyət göstərir və insanların beyinləri yanlış dini biliklərlə yumaqla müəyyən dairələrin qurbanına çevirildiyini də görürük.

Məsələn, cənnət axtarışı arzusu ilə Suriyaya gedənlərin yaşadıqları acı taleylərin şahidi olmuşuq. O insanlar da radikal dini cərəyanların təbliğ etdiyi yanlış dinə inanıb öz həyatlarını məhv ediblər. Bu baxımdan radikal dini cərəyanların ölkəmizdə genişlənməməsi üçün tədbirlərin görülməsi davam etdirilməlidir. Bunun üçün insanların şüurlarında dinlə bağlı hissə boş qalmamamlıdır. Ona görə də dini maarifləndirmə tədbirlərin genişləndirilməsini vacib edirəm. Düzdür, bu gün dindarların fəaliyyəti qanunla tənzimlənir. Bununla yanaşı dini məclisləri islamı yaxşı bilən ilahiyyatçılar idarə etməli, həm də insanlara dini seminarların keçirilməsinin də vacib olduğunu düşünürəm”.