Deputat uşaqlarla bağlı təkliflər verdi

AŞPA-nın “Sosial Əlaqələr, Sağlamlıq və Dayanıqlı İnkişaf” komitəsinin növbəti onlayn plenar sessiyası baş tutdu.

Milli Məclisin deputatı Könül Nurullayeva tədbirdə iştirak edib.

XALQ.AZ xəbər verir ki, tədbirin budəfəki gündəliyinə uşaqlara qarşı fiziki zorakılıq əleyhinə çağırışlar, uşaqların münaqişə bölgələrindən evakuasiyası və digər önəmli məsələlər daxil edilmişdir. Deputat uşaqları narahat edən iki mövzu – uşaqlara qarşı zorakılıq və uşaqların münaqişə bölgələrindən beynəlxalq hüquqi öhdəliklərə əsasən evakuasiya olunması mövzuları ətrafında fikirlərini yazılı şəkildə komitənin nəzərinə çatdırıb. Millət vəkili bildirib ki,yazılı çıxışımda erməni terrorunun və qətliamlarının qurbanı olan yüzlərlə günahsız Azərbaycan uşaqlarının da məsələsinə toxundum, uşaqlar üçün parlaq və təhlükəsiz gələcək yaratmağın, zorakılıq hallarının qarşısını almaq üçün icra mexanizmlərini gücləndirməyin, qurbanlarla çalışan kəslərə xüsusi təlimlər keçməyin, bu istiqamətdə elektron databaza sistemi yaratmağın məqsədəuyğun olduğunu qeyd etdim.