Deputat və icra başçısı şəhid ailələri ilə görüşdülər

Şirvan Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov və Milli Məclisin deputatı İltizam Yusifov şəhid ailələri ilə görüş keçiriblər.

Karantin qaydalarına uyğun keçirilən görüşdə icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayonun xidmət təşkilatlarının rəhbərləri də iştirak ediblər.

Şirvan Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov görüşdə çıxış edərək 44 günlük Vətən müharibəsində xalqımızın həmrəyliyinin, yenilməz ruhunun bir daha şahidi olduğumuzu və Azərbaycan gəncliyinin vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyini bildirdi. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canını qurban verən Şəhidlərimin ailələrinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğu bildirildi. Millət vəkili İltizam Yusifov Azərbaycanın böyük zəfəri ilə yekunlaşan Qələbənin başlıca amili kimi xalqın Vətənə, torpağa bağlılığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman ordumuzun rəşadəti və Şəhidlərimizin qanı hesabına alındığını diqqətə catdırdı.Şəhidlərin ailə üzvləri isə övladları ilə fəxr etdiklərini söylədilər və onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmiş, bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini səsləndirmişlər. Görüşdə iştirak edən şəhid ailələri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.