Deputat və icra başçısı şəhidin xatirəsini belə yad etdilər-Fototlar

yunun 12-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri Vətən müharibəsinin şəhidi İsmayılzadə Məhəmməd Fizuli oğlunun doğum günündə onun xatirəsinə Zığ qəsəbəsində inşa edilmiş bulağın açılışında iştirak ediblər.

Qeyd edək ki, şəhidimiz İsmayılzadə Məhəmməd ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə, Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhidimizin doğmaları göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.

Возможно, это изображение (4 человека, люди стоят, цветок и на открытом воздухе)
Возможно, это изображение (3 человека, люди стоят, на открытом воздухе и памятник)
Возможно, это изображение (5 человек, люди стоят и на открытом воздухе)