Deputat vətəndaşları qəbul etdi

Milli Məclisin deputatı Könül Nurullayeva vətəndaşlarla görüşdü.

XALQ.AZ xəbər verir ki, Nizami rayon sakinləri, həmçinin Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşların deputat qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulu keçirilib.

Görüşdə vətəndaşların fərdi formada dinləyərək, müxtəlif mövzular üzrə onları narahat edən problemləri qeydiyyata götürülüb. Deputat bilidrib ki, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas problemlər sırasında işlə təmin olunma, xəstəliyi olan vətəndaşın müalicəsi ilə əlaqədar yardım göstərilməsi, şəhid ailəsinin dövlət hesabına mənzillə təmin olunması və s. bu kimi məsələlər başlıca yer almışdır.

Səlahiyyətlərimiz daxilində qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda tərəfimizdən aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaqdır. deyə Könül Nurullayeva qeyd edib.