Deputat vətəndaşların problemlərini həll etdi

Deputat Şahin Seyidzadə tərəfindən növbəti onlayn qəbul keçirilib


Azərbaycan Respublikası Milli Məclisində 50 saylı Abşeron-Qobustan seçki dairəsini təmsil edən deputat Şahin Seyidzadə tərəfindən seçiciləri ilə onlayn qaydada vətəndaş qəbulu keçirilib. 27 noyabr tarixində keçirilən qəbulda ümumilikdə 13 seçici iştirak edib.


XALQ.AZ xəbər verir ki, deputat vətəndaşların problemlərini həll edib . Milli Məclisdə təmsil etdiyim Abşeron və Qobustan rayonundan olan seçicilərimizlə onlayn formatlı qəbul keçirilmişdir.
Abşeron rayonu üzrə Saray, Güzdək və Qobu qəsəbələri, Qobustan rayonu üzrə isə Qobustan şəhəri və Nabur kəndindən olan 13 seçicimizlə məşğulluq, hüquq, #təhsil, sosial təminat sahələri üzrə müraciətlər dinlənilmiş, növbəti addımların təyin edilməsi ilə bağlı danışıqlar aparılmışdır.”