Deputat vacib təklif verdi

Şəhid ailələrinin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilmə yaşı ləğv edilməlidir.

Bu barədə  bu gün keçirilən  Milli Məclisin iclasında deputat Zahid Oruc bildirib.

 

Millət vəkili çıxışı zamanı qeyd edib ki,  Bu qanun layihəsi dövlətin əsas sosial simasını bildirir. Hər iki valideynini itirən şəxs 23 yaşı tamam olmaq ərəfəsində magistratura təhsilinə başlayıb, bizim qanunvericilikdə güzəşt həmin yaşa qədərdir. Bu, artıq birinci ilini güzəştlə bitirib, ancaq ikinci ilində bu güzəştdən faydalanmaq şansı yoxdur.

Təklif edirəm ki, qanuna bu şəxslərin təhsilini güzəştlə başladığı kimi davam etdirməsinə dair müddəa əlavə edək”.