Deputat vaksin olunsada virusa yoluxdu-Foto

Türkiyədə deputat vaksin vurulsada virusa yoluxdu.

Bu barədə millət vəkili Əli Muhittin Taşdoğan öz tvitter hesabında yazıb.

XALQ.AZ xəbər verir ki, 14 yanvarda koronavirusu peyvəndi olan MHP Gaziantep millət vəkili Əli Muhittin Taşdoğan, Covid-19 testinin müsbət olduğunu açıqladı.

Müalicəsi xəstəxanada təcrid altında davam edir. Səhhəti normaldır.

Mütəxəssislər, peyvəndin ikinci dozadan 10 gün sonra yoluxmadan qorumağa başladığını ifadə etdilər.

Bu müddətdən əvvəl virusla qarşılaşanların yoluxa biləcəyini deyilir.