Deputat verdiyi vədləri əməl edir

Bu gün Azərbaycan poeziyasının görkəmli siması, XX əsr ədəbiyyatımızın ən istedadlı klassiklərindən biri Mikayıl Müşfiqin 113 yaşı tamam olur.

Bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev şəxsi sosial hesabında yazıb.

Deputat bilidrib ki, 29 yaşında repressiya qurbanı olmuş Müşfiq vaxtilə Yasamalda, bizim 17 saylı seçki dairəsinin ərazisində yaşayıb. Dairəmizin ərazisində onun möhtəşəm abidəsi də ucalır.Müşfiqi anmaq üçün bu gün onun heykəli qarşısında toplaşmışdıq. Müşfiqsevərlərlə, ziyalılarla görüşüb, dahi şairimizdən danışdıq. Ötən il Milli Məclisə seçkilər ərəfəsində onun evinin olduğu yerdə keçirdiyimiz görüşdə Müşfiqin ötən əsrin 80-ci illərinə qədər mövcud olan evinin bərpasına çalışacağıma söz vermişdim. Söz vermişiksə, yerinə yetirməliyik. Biz danışmağı deyil, işləməyi sevirik. Artıq evin layihəsi hazırdır, onun tikintisi üçün maliyyə mənbələri tapılıb. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov icazə üçün müvafiq strukturlara müraciətlər ünvanlayıb. Ümid edirəm ki, lazımi icazə veriləcək və biz gələn il bu günü Müşfiqin evində qeyd edəcəyik millət vəkili qeyd edib.