Deputat ” Xankəndində yaşayan vətəndaşlar belə təxribat xarakterli addımlardan çəkinməlidirlər”

Hər birimizin bildiyi kimi 44 günlük Vətən müharibəsi Azərbaycanın Zəfər salnaməsi 10 noyabr tarixində 10 maddələlik Qələbə Bəyanatı il başa çatmışdır. Təbii ki,Ali Baş Komandan İlham Əliyevin misilisiz rəhbəriliyi ilə Azərbaycan ordusunun həyata keçirdi əks hucum əməliyyatları düşmənin işğal etdiyi torpaqlarımızı azad etdi.


Azərbaycan dövlətinin Rüsiya sülhməramlılarının Qarabağa gəlməsi xoşmərəmam ifadə olunması müharibənin bitməsi onu dəməyə əsas verir ki, millətindən və dinindən asılı olmayaraq hər kəs Qarabağda sülh və təhlükəsiz şərahitində yaşaya bilər.


Bunu XALQ.AZ-a Milli Məclisin deputatı Ramil Həsən bilidirib.


Deputat qeyd edib ki, Xankəndidə “milli azadlıq hərakatlarının” ildönümünü qeyd etməsi bu amilləri zərər gətirir.Bu Azərbaycan ictimayyəti tərəfindən birmənalı şəkildə etirazla qarşılandı. Regionda sülh və sabitlik yaradılmasına ciddi maneələr yaradır. Bu səbəbdən Xankəndinə yaşayan ermənilərdə belə təxribat xarakterli addımlardan çəkinməlidirlər. Sülhməramlıların missisayı Dağlıq Qarabağda təhlükəsiliyi təmin etmək, və insanların gediş gəlişinə nəzarət etməkdir, lakin onların içərisində belə məqamlardan sui-istifadə edib revanşist qüvvələrə dəstək vermələri yol verilməzdir və bu araşdırılmalıdır. Orada faşist və terrorçuluq qruplaşmaları cəzalanmalıdır və sülhməramlılar səlahiyyətlərindən kənara çıxmalıdırlar. Dağlıq Qarabağ ərazisi BMT-nin rəsmi olaraq qətnamələr əsasən bütünlüklə Azərbaycanın tarixi torpaqlarıdır. Hal hazırda verilən məlumatlar da görürük ki, BMT ali qaçqınlar komissarlığında 10 noyabr bəyanatına əsasən azərbaycanlılar Xankəndinə və diğər işğaldan azad olunmuş torpaqlara qayıtmaları ölkədə olduğu kimi bütün millətlərin orada təhlükəsizlik yaşamasına bütün şərait yaradılacaq. Dağlıq Qarabağda da ölkədə olduğu kimi tolerant yaşayış təmin olunacaq. Amma bu keçirilən yürüş revanşist hərəkətlər faşizmin təmayülləridir və Qaraqen Njde kimi başqa millətlər düşmənçilik yaradanlar hər bir ideologiya məhvə məhkumdur. Rusiya Sülhməralılarını bölgədə fəaliyyətləri fərqli düşəncə sahibləri üçün birmənalı deyildi
Rusiya ilə Azərbaycanın yüksələn münasibətləri, həmçinin Rusiya Türkiyə və Azərbaycan bölgədə yeni layihələrin işlənməsi effektiv iqtisadi və siyasi sabitlik yaradılması bölgədə sülhün bərgarar olması və dəstək addımların atıldığı zamanda sülhməramlıların bu əlaqələrin ruhuna qarşı addım və erməni revanşistlərin milli ədavəti yenidən qızışdırmaq istəyənlərin oyunlarına ələt olmamaladırlar. Bu kimi hadisələr bölgədə sülhün sabitliyin iqtisadi artımın təmin olunmasına qarşıdır.
Rusiya və Tükiyə Azərbaycan dostluq münasibətlərin korlanmamısı üçün belə məqamlara son qoyulmalıdır. Hal hazırda yeni layihələrin işlənmə prosesində bu kimi məqamlar diqqət edilməlidir. Prezident İlham Əliyev öz çıxışlarında bildirib ki, Ermənistanda revanşist qüvvələr yenidən sərsəm açıqlamaları olsa və reallaşdırmağı düşünsələr belə yenidən dəmir yumruq və xalqımızın birliyi düşməni darmadağın etməyə qadirdir.


Millət vəkili bildirib ki, Xankəndə yaşayan vətəndaşlar üçün Azərbaycan ərazisində sülh yaradılıb və və orada yaşaya bilərlər, lakin bu milli münasibətlər zəmində heç bir gənginlik olmasın deyə bu xarakterli təxribat addımları atmamalıdırlar. Ali Baş Komandan İlham Əliyev sülhün təhlükəsizliyin təmin edilməsi üçün bütün iradəsini ortaya qoyub və bunlarda qarşılıqlı olmalıdır.


Ölkəmizə qarşı öz çirkin niyyətləri olanlar bu məqmlara son qoymalıdırlar. Regionda sülhün qorunub saxlanması üçün Azərbaycan bütün lazımi tədbirləri görür deyə düputat qeyd edib.