Deputatatlar dalaşdı

47

 

Ukrayna Ali Radasının bu gün keçirilən iclasında tribuna qarşısında heç bir fraksiyada təmsil olunmayan xalq deputat Oleq Lyaşko ilə “Batkivşina”dan olan deputat Aleksandr Turçinov arasında qarşıdurma olub. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, insident “Batkivşina” fraksiyasının lideri Aresni Yatsenyukun “tituşkalar”la bağlı məlumatı elan etməsi zamanı baş verib. Yatsenyuk bəyan edib ki, guya “regionçular”ın Ali Radaya gətirdikləri 200 nəfər “tituşkalar” sessiya zalının yaxınlığında yerləşirlər. Ali Radanın sədri Vladimir Rıbak binada heç bir kənar adamın olmadığını bildirib: “Şayiələrə uymayın. Ali Radanın zalında heç kəs yoxdur”.