Deputat:”Azərbaycanın müstəqilliyi ciddi sınaqlardan çıxıb”

“Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” 1991-ci il 30 avqust tarixli Bəyannaməsi haqda
Dünyada irili-xırdalı minlərlə xalq var.
Hər bir xalqın, millətin taleyində əsas yer tutan ən böyük taleyüklü hadisə-öz müstəqil dövlətini qura bilmək bacarığıdır.
Lakin hələlik bu zirvə yalnız iki yüzə yaxın xalqa nəsib olub. Onlardan biri də Azərbaycan xalqıdır.Tarixin müxtəlif dövrlərində müxtəlif adlada dövlətlərimiz olsa da,çağdaş tariximizin ən önəmli hadisləri 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisliyini qəbul edən tarixi sənədlərlə bağlıdır. 32 il bundan əvvəl-1991-ci il avqustun 30-da Azərbaycan parlamenti tərəfindən”Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edilib.Bəyannamədə tariximizin çox vacib bir məqamı-Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu öz əksini tapıb.Parlament, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun-Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul edib.1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunub. 1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yaratmış Azərbaycanın yeni intibahının bünövrəsi demək idi.Konstitusiya Aktında deyilirdi:“Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir”.
30 avqust 1991-ci ildən bu yana keçən dövr ərzində Azərbaycanın müstəqilliyi ciddi sınaqlardan çıxmış,mövcudluq,yaşama qabiliyyətini yüksək dərəcədə sübuta yetirə bilmişdir.Eyni zamanda Azərbaycan əsgırinin 2020-ci il 27 sentyabrdan balanan 44 günlük zəfər yürüşü nəticəsində əldə olunan şanlı qələbə xalqımızın çoxəsrlik yaddaşını, kimliyini xatırlatdı,genlərində var olan cəsarətini ayağa qaldırdı, öz mənliyini bərpa etdi. Bu zəfər həm də ərazi bütövlüyümüzü öz gücümüz və iradəmizlə təmin edə bilicəyimizin mümkünküyünü,müstəqillik və süverenliyimizə geniş anlamda real məzmün vermək iqtidarında olan bir dövlət olduğumuzu dünyaya göstərdi.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” 1991-ci il 30 avqust tarixli Bəyannamənin qəbul olunmasını böyük tarixi hadisə hesab edir,bu şərəfli mübarizədə can qoymuş insanların əməyini yüksək qiymətləndirir,Azərbaycanın müstəqilliyi və torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhu qarşısında böyük sayğı ilə baş əyirik!
Əli Məsimli
Milli Məclisin deputatı