Deputatdan seçicilərinə dəstək-Fotolar

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı Arzu Nağıyev seçicilərinə yardım göstərməkdə davam edir.

XALQ.AZ Trend-ə istinadən xəbər verir ki, millət vəkili Arzu Nağıyev qarşıdan gələn Novruz bayramı münasibəti ilə 31 ailəyə ərzaq yardımı edib.

Yardımlar əsasən qazi ailələrini və aztəminatlı ailələri əhatə edir. Yardımlar davam edir, bundan sonra daha 30 ailəyə ərzaq və 60 ailəyə maddi yardım göstərilməsi nəzərdə tutulur.

XALQ.AZ