Deputatdan seçicilərinə dəstək

Deputat Novruz Aslanov COVİD-19 pandemiyası dövründə seçiciləri ilə davamlı olaraq onlayn formatda və ya telefon vasitəsilə əlaqə saxlayır.

XALQ.AZ  xəbər verir ki, dekabrın 24-də İsmayıllı rayon sakinləri ilə növbəti belə qəbul keçirilib. 67 nəfər İsmayılı rayon sakini millət vəkili Novruz Aslanov və köməkçisi tərəfindən qəbul edilmiş və problemlərinin həlli üçün  qeydiyyata alınmış, bir neçə məsələ operativ olaraq həll edilmişdir.
Seçicilər millət vəkili ilə telefon vasitəsilə fərdi qaydada əlaqə saxlayır və mövcud problemlər barədə  millət vəkili ilə müzakirələr aparırlar. Sakinlər hər həftənin IV günü telefon vasitəsilə sərbəst şəkildə Novruz Aslanovla əlaqə saxladıqlarından məmnunluqlarını bildirmiş və deputata təşəkkür etmişlər.

Məlumat üçün bildirək ki, pandemiya dövründə rayon sakinlərinə ərzaq və gigiyenik vasitələrlə dəstək verilir.