Deputatın ailəsində ağır itki

Siyavus

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzova ağır itki üz verib.
Bu barədə deputatın köməkçisi Həsən Daşdəmirov məlumat verib.

O, bildirib ki, ötən gün deputatın bacısı Mələknisə Əliyeva dünyasını dəyişib. 1963-cü il təvəllüdlü Mələknisə Əliyeva Naxçıvanda, Babək rayonunun Cəhrə kəndində yaşayb.
İki uşaq anası olan qadın qəfildən dünyasını dəyişib.

Mərhum Naxçıvanda dəfn edilib
Allah rəhmət eləsin!