Deputatın idarəsin yoxlayacaqlar

20

 

Hesablama Palatasında Kollegiya iclası keçirilib.Xalq.az-ın xəbərinə  görə, iclasda  Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə dövlət əsaslı vəsait qoyuluşundan Gədəbəy-Qızıltorpaq-Qonaqlı yolunda Fındıxlı çayı üzərində  körpünün  yenidən qurulmasına, Goran-Naftalan  avtomobil yolunun əsaslı təmirinə və Şəmkir-Gədəbəy avtomobil yolunun 42-ci km-də Çolpan çayı üzərində körpünün tikintisinə, Hacıqabul Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin, həmçinin  Bakı Slavyan Universiteti üzrə  vəsaitlərin istifadəsinə dair həyata keçirilən audit tədbirlərinin nəticələri barədə Hesabat və Rəylər geniş müzakirə olunaraq  müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiyada, eyni zamanda, Göygöl Rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən və dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsinə dair və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin gəlir və xərclərinin, o cümlədən aparatın saxlanılması xərclərinin icrasına dair Audit proqramları müzakirə edilərək təsdiq olunub, həmçinin bir nəzarət tədbiri üzrə Audit proqramına əlavə və dəyişikliklər edilib.