Deputatın təşəbbüsü ilə Biləsuvarda vətəndaşların hüquqi problemləri həll olundu

Milli məclisin deputatı Bəhruz Məhərrəmovun təşəbbüsü ilə Biləsuvarda vətəndaşlara hüquqi yardım göstərilib. XALQ.AZ xəbər verir ki,bu barədə millət vəkili sosial hesabında yazıb.

Deputat qeyd edib ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə 2 saylı Vəkil Bürosunun vəkilləri Rəna Məmmədova, Hafiz Ələsgərov, Nardanə Fərzəliyeva, Kamil Vəliyev və Anar Rüstəmov vətəndaşlar üçün pulsuz hüquqi yardım aksiyası çərçivəsində Biləsuvarda qonağımız oldu. Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətovla birgə vəkillərimizlə rayon İcra Hakimiyyətində görüşdük. Daha sonra Biləsuvar şəhəri N.Gəncəvi adına 1 saylı orta məktəbdə şəhid ailələri və qazilər növbədənkənar olmaqla vətəndaşlara şifahi və yazılı hüquqi məsləhətlər verildi, həmçinin, məhkəmələrə müraciət üçün ərizələr tərtib olundu, aksiya uğurla başa çatdı.Mən bu nəcib niyyət naminə Bakıdan Biləsuvara yol qət edərək, bütöv bir günlərini bizə həsr edən dəyərli vəkillərimizə, prosesi reallaşdırılmasında əməyi olan Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədova, yüksək qonaqpərvərlik üçün İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətova, rayon Təhsil şöbəsinin müdiri Aqşin Bağırova, N.Gəncəvi adına 1 saylı tam orta məktəbin direktoru Xanımgül Abıyeva və kollektivinə, rayon Gənclər və idman idarəsinin rəhbəri Azad Quliyev və idarənin könüllülərinə, ən əsası isə ötən həftə həmkarım Kamal Cəfərovun, bu həftə isə mənim təşəbbüsümə dəstək verən Vəkillər Kollegiyasının Sədri Anar Bağırova xüsusi təşəkkür etmək istəyirəm. Həqiqətən, Anar müəllimin sədrlik dönəmində Vəkillər Kollegiyası ölkənin ən önəmli hüquq təsisatlarından, hüquq müdafiə sisteminin ən vacib və nüfuzlu həlqələrindən birinə çevrilməklə çoxları üçün ümid yeri olmuşdur. Bu mənada, inanıram ki, ötən gün baş tutan nəcib aksiya axırıncı deyil və gələcəkdə pulsuz hüquqi yardım formatında əməkdaşlığımızı daha da intensivləşdirəcəyik.

Возможно, это изображение (4 человека, люди стоят, люди сидят и в помещении)
Возможно, это изображение (7 человек и люди стоят)
Возможно, это изображение (1 человек, в помещении и текст «E H REDMI NOTE 9S AIQUAD CAMERA»)
Возможно, это изображение (в помещении)
Возможно, это изображение (один или несколько человек, люди стоят и в помещении)
Возможно, это изображение (2 человека, люди стоят, люди сидят и в помещении)
Возможно, это изображение (1 человек, стоит и в помещении)