Deputatın təşəbbüsü ilə erməni yalanları ifşa olunur

Şəki şəhər 113 saylı seçki dairəsindən deputatı Vüqar İskəndərovun təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası Şəki şəhər Təşkilatının Gənclər Birliyinin könüllüləri beynəlxalq ictimaiyyətə müraciət ediblər. Müraciətdə siyasətində terrorçuluq idealogiyasını əsasə xətt seçən Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi terror əməlləri, Bərdə və Gəncə şəhərlərinə atılan raket zərbələrinin sırf mülki insanları hədəf alması qeyd olunub. Sentyabrın 27-dən etibarən artıq 100-ə yaxın mülki şəxsin erməni terrorunun qurbanı olduğu bildirilib. Beynəlxalq təşkilatların diqqətinə çatdırılıb ki, Ermənistanın mülki insanları hədəf alması bizi qorxuda bilməz. Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib və inanır ki, tezliklə ordumuzun gücü ilə bütün torpaqlarımız işğaldan azad olunacaq.