Deputatlar Forumda iştirak edirlər

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində 40-a yaxın ölkənin nümayəndə heyətləri və on iri beynəlxalq təşkilatın iştirak etdiyi III Avrasiya Qadınlar Forumu fəaliyyətinə başlamışdır.

Əsas mövzusu “Qadınlar: yeni reallıqda qlobal missiya” olan forum sabit və təhlükəsiz gələcəyin qurulmasında qadınların roluna həsr ediləcəkdir.

Forum çərçivəsində 300-dən çox tədbir – plenar iclas, sessiyalar və dəyirmi masalar, həmçinin regional forumlar, marafonlar, sosial şəbəkələrdə aksiyalar və müsabiqələrin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Forumda Milli Məclisin sədri Sahibə Qafarova, millət vəkilləri Fatma Yıldırım, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Ülviyyə Həmzəyeva iştirak edirlər.