Deputatlar Gəncləri belə təbrik etdilər-Fotolar

Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.

Milli Məclisin deputatları şəxsi facebook səhifələrində gəncləri təbrik ediblər. XALQ.AZ millət vəkillərinin təbriklərini təqdim edir:

Milli Məclisin deputatı Kamran Bayramov

Əziz gənclər!

2 fevral – Gənclər günü münasibətilə hər birinizi təbrik edir, yeni-yeni uğurlar və zirvələr arzu edirəm! Gənclərimiz qürurumuzdur, fəxrimizdir, dayağımızdır, gələcəyimizdir!

*****

Milli Məclisin deputatı Rəşad Mahmudov

“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir,xalqını,millətini, sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.” Heydər Əliyev

Əziz Gənclər sizi Gənclər günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı və gələcək həyatınızda uğurlu yollar arzu edirəm.

****

Milli Məclisin deputatı Əminə Ağazadə

Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Millətin mövcud olması üçün onun sağlam gəncliyinin olmasi şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi, gələcək təminatı gənc nəslin yetişdirilməsindən, onun aparıcı qüvvəyə çevrilməsindən asılıdır.
Bu gün Azərbaycan gənci müstəqil Azərbaycanın avanqardi, onun döyünən ürəyidir. Günümüzün Azərbaycan gəncliyi şanlı döyüş yolu keçmiş müzəffər ordunun qalıb əsgəri, ölkəsinin bu günü, sabahı, gələcəyi üçün durmadan çalışan yüksək intellektə sahib bir vətəndaşdır. Azərbaycan gənci öz tarixinin ən şərəfli və bir o qədər də mürəkkəb, çətin dovrunu yaşayır.
Dövlətimizin müstəqilliyinin və suverenliyinin qorunub saxlanması, şəhidlərimizin müqəddəs qanları ilə yuyulmuş vətən torpaqlarının müdafiəsi, işğaldan azad edilmiş torpaqlarda quruculuq işləri, ölkə iqtisadiyyatının inkişafını sürətləndirəcək layihələrin həyata keçirilməsi gənclərimizin qarşısında duran ən böyük məsələlərdəndir.
XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli layihələrin bütün ağırlığı gənclərimizin çiyinlərinə düşəcəkdir. Bu yolda onlara uğurlar, yeni-yeni nailiyyətlər arzulayır, Gənclər günü münasibəti ilə hər bir Azərbaycan gəncini təbrik edirəm!

Milli Məclisin deputatı Ramin Məmmədov

DAHİ ŞƏXSİYYƏTİN bizlərə hədiyyə etdiyi Gənclər Günü münasibətilə bütün Azərbaycanı, gəncləri ve gənc qalanları təbrik edirəm.

TANRI AZƏRBAYCANI QORUSUN!

****

Milli Məclisin deputatı Soltan Məmmədov

Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib

. Azərbaycanda gənclər siyasəti dövlətin xüsusi diqqət və həssaslıqla yanaşdığı istiqamətlərdən biri olub. Azərbaycan Prezidenti cənab İlham Əliyev gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb. Bu günün gəncləri sözün əsl mənasında həm də ona görə xoşbəxtdirlər ki, ərazi bütövlüyü təmin olunmuş, güclü orduya, dayanıqlı iqtisadiyyata, beynəlxalq nüfuza malik bir dövlətin vətəndaşlarıdırlar. Azərbaycan xalqının Vətən Müharibəsində qazandığı tarixi qələbədə dövlətin bir çağırışı ilə əlinə silah alıb cəbhəyə yollanan gənclərimizin fədakarlığı ən yüksək qiymətə layiqdir. Bütün gənclərimizi təbrik edir, hər birinə uğurlar arzulayıram!

***

Milli Məclisin deputatı Ramil Həsən

2 fevral “Azərbaycan Gəncləri Günü” münasibətilə dövlətinə və əziz millətinə daim sadiq olan gənclərimizi səmimi qəlbdən təbrik edir, vətənimizin gələcək inkişafı yolunda bol- bol uğurlar arzulayırıq.

****

Milli Məclisin deputatı İqbal Məmmədov

Bütün gənc dostlarımı 2 fevral “Gənclər günü” münasibəti ilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm.

Təqdirəlayiq haldır ki, əsası Ümummilli Liderimiz tərəfindən qoyulan gənclər siyasəti,bu gün dövlətimiz tərəfindən uğurla həyata keçirilməkdədir.Ölkəmiz xoşbəxtdir ki, daim gənclərimizə dəstək olan ölkə başçımız, öz millətinə, dövlətinə sadiq gənclərimiz var və yetişməkdədir.Gənclikdən danışarkən,heç şübhəsiz ki,bizə böyük qələbə sevincini yaşadan, öz canı, qanı ilə böyük tarix yazaraq torpaqlarımızı işğaldan azad edən ləyaqətli övladlarımızı da xatırlamalıyıq.Vətən müharibəsində canından keçmiş 2800 nəfərdən çox şəhidlərimiz,sağlamlıqlarını itirmiş qazilərimizin hamısı gənclərdirlər. Onlar bir daha sübut etdilər ki,Vətən, dövlət,xalq etibarlı əllərdə,şərəfli bir gəncliyin mühafizəsi altındadır.Gənc yaşlarında şəhidlik zirvəsinə ucalmış gənclərimizin ruhu qarşısında baş əyir, qazilərimizə isə şəfa diləyirəm.

*****

Milli Məclisin deputatı Şahin Seyidzadə

Azərbaycan gəncləri daima ölkəmizin inkişafı, tərəqqisi, layiqli səviyyədə təmsili, vətənə və dövlətçiliyə xidmətə, bayrağımızı yüksəltməyə müştaqdır!2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə pandemiyası və #DəmirYumruq hərbi əməliyyatları dövründə böyük şücaət göstərmiş gənclərimiz başda olmaqla, ölkəmizin gələcəyi üçün daima inkişaf və yeniliklərə can atan bütün gənclərimizi təbrik edirəm!

****

Milli Məclisin deputatı Elnur Allahverdiyev

Bu gün 2 fevral – Azərbaycan Gəncləri günüdür. Bu tarixin Gənclər Günü olaraq qeyd edilməsi Ümummili lider Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi vəzifə qoyub: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verib.Ümummilli lider Heydər Əliyev I Forumdan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü – fevralın 2-ni Azərbaycan Gəncləri Günü elan edib. Gənclərlə fəal iş Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də uğurla davam etdirilir. Bu gün bu siyasətin iki mühüm göstəricisi gözlər önündədir: yetişdirilən yeni nəsil savadlı, bacarıqlı məmurlar, idarəçilər və Qarabağımızı bizə qaytaran, ordumuzun döyünən ürəyi olan vətənpərvər gənclərimiz.Yaşasın Azərbaycan gəncliyi! Yaşasın Azərbaycan!

*****

Milli Məclisin deputat Afət Həsənova

Əziz gənclər!

Sizi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edir, işlərinizdə uğurlar arzulayıram!Azərbaycanı hər zaman yüksək kürsülərdə təmsil edəsiniz!

****

Milli Məclisin deputatı Kamal Cəfərov

Əziz gənclər, hər birinizi təbrik edirəm, hər birinizə can sağlığı, xoşbəxtlik və uğurlar arzu edirəm. Səhv etməkdən qorxmayın, səhvlərinizdən də nəticə çıxardın. Daim inkişaf edin, öz üzərinizdə çalışın, aktiv idmanla məşğul olun, yeni xarici dillər öyrənin, sosial təşəbbüslərdə aktiv olun, könüllük fəaliyyəti ilə məşğul olun, bütün imkanlardan tam istifadə edin.

*****

Milli Məclisin deputatı Aydın Hüseynov

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997 ci ildə Gənclər Günü təsis edildi. Bu gün münasibəti ilə bütün gənclərimizi ürəkdən təbrik edirəm. Gələcəyimizin təminatçısı olan gənclərimizə inanır, onlarla fəxr edirəm.

****

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva

2 fevral – Azərbaycanda Gənclər Günüdür. 1997-ci ildən qeyd olunan Gənclər Günü öz başlanğıcını, 2 fevral 1996-cı ildə keçirilmiş Müstəqil Azərbaycan Gənclərinin I Forumundan götürür. Bütün gənclərimizi ürəkdən təbrik edir, Vətənimiz naminə fəaliyyətlərində uğurlar arzulayırıq.

*****

Miili Məclisin deputatı Elman Nəsirov

2 Fevral Azərbaycanda Gənclər Günüdür. Bu gün ölkəmizin bütün gənclərinin bayramıdır. Çoxmilyonluq gənclər ordusu bu dəfə əziz bayramlarını xüsusi qürur və şərəf hissi ilə keçirirlər. Səbəbi də bəllidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun tarxi zəfərə imza atdığı yeni reallıqda bayramlarını qeyd edirlər. Həmin tarixi qələbənin əldə edilməsində şanlı ordumuzun mütləq əksəriyyətini təşkil edən gənclərimizin müstəsna xidmətləri olmuşdur. Onlar şəhidlik zirvəsinə yüksəlmək əzəməti, qazilik şücaəti və sonsuz vətənpərvərlik nümunəsi göstərərək xalqımıza qalibiyyət şərəfini yaşatmışlar. Şəhidlərimizə Yaradandan rəhmət, qazilərimizə şəfqət diləyirəm.Əziz gənclər, bayramınız mübarək! Bütün qapılar üzünüzə açıq olsun. Tanrı Sizi qorusun!

****

Milli Məclisin deputatı Fatma Yıldırım

Bu gün Azərbaycan gəncliyinin bayramıdır. Ümummilli Liderimiz Heydər Əliyevin Sərəncamı ilə hər il 2 Fevral tarixi Azərbaycan Gəncləri Günü kimi qeyd edilir.Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Bu gün Azərbaycan gəncləri layiqli vətəndaş kimi cəmiyyət həyatının bütün sahələrində fəallıq göstərir, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artması, siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işinə əhəmiyyətli töhfə verirlər. Gənclər ölkəmizi beynəlxalq arenada da layiqincə təmsil edir, ictimai diplomatiyanın genişlənməsində səylərini əsirgəmir, Azərbaycanın milli mənafeyini daim yüksək tuturlar. Ən əsası isə Azərbaycan gəncliyi yüksək vətənpərvərlik ruhunda formalaşmışlar. Biz bunu 44 günlük Vətən müharibəsində əsasən gənclərdən ibarət olan qəhrəman əsgərlərimizin yazdığı zəfər səlnaməsində də aydın şəkildə görürük.Əziz gənclər,Sizi 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə ürəkdən təbrik edir, müstəqil Azərbaycanımızın inkişafı və güclənməsi yolundakı fəaliyyətinizdə yeni-yeni zirvələr fəth etməyinizi arzulayıram!

*****

Milli Məclisin deputatı Ceyhun Məmmədov

Dəyərli gənclər!

Sizi 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, dövlətimizin güclənməsi və inkişafı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!

******

Milli Məclisin deputatı Ülvi Quliyev

Gənclər gününüz mübarək olsun!

Əziz gənclər hər birinizə işıqlı sabahlar və uğurlu günlər arzusu ilə…

*****

Milli Məclisin deputatı Muşfiq Cəfərov

Hər bir xalqın gələcəyi ilk növbədə gənc nəsillə bağlıdır. Bu səbəbdən də sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca vəzifədir . Çünki ölkənin prespektivi gənclərdən asılı olacaqdır.

Əziz Gənclər!

Sizləri 2 Fevral Gənclər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.Sizə hər zaman fəal,dinamik,daima inkişafda olmağı,qarşınıza qoyduğunuz məqsədə çatmağı, və ən əsası sağlam olmağı arzu edirəm!