media-03

Milli Məclisin deputatları İordaniya Parlamentinin nümayəndə heyəti ilə işgüzar görüş keçiriblər.

XALQ.AZ məlumat verir ki, Milli Məclisin Azərbaycan-İordaniya Parlamentlərarası işçi qrupunun rəhbəri Anar İsgəndərov, qrupun üzvləri – millət vəkilləri Jalə Əliyeva, Məşhur Məmmədov, Ceyhun Məmmədov 19 fevral tarixində Asiya Parlament Assambleyasının 15-ci plenar iclasında iştirak etmək üçün ölkəmizə səfər edən İordaniya Parlamentinin nümayəndə heyəti ilə işgüzar yemək masası arxasında görüşüblər. Görüşdə Azərbaycanın 30 illik mübarizə tarixi, böyük Zəfərimiz, Yaxın Şərqdəki mövcud vəziyyət və reallıqlar, iki ölkə arasında qurulan ölkələrarası və parlamentlərarası münasibətlər, inkişaf perspektivləri müzakirə edilib.

media-01 media-02 media-03


media-ads728x90

Bənzər xəbərlər