Deputatlar işğaldan azad edilən ərazilərə gedir

Deputatlar işğaldan azad olan torpaqlarda yaranmış vəziyyətlə tanış olacaq, həmin ərazilərdə aqrar sahənin inkişafı üçün vacib məsələləri müzakirə edəcək.

XALQ.AZ-ın xəbərinə görə, bu barədə məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin 2021-ci il yaz sessiyası üçün iş planında əksini tapıb.

Eyni zamanda komitə üzvlərinin Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət etməsi, qazilər, müharibə iştirakçıları ilə görüşlər keçirməsi iş planına daxil edilib.